Accessibility links

Mərkəzi Seçki Komissiyası seçki gününü elan edib

Mərkəzi Seçki Komissiyası Azərbaycan prezidentinin seçkiləri gününü elan edib. Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Azərbaycan konstitusiyasına görə, prezidentin səlahiyyət müddətinin başa çatmasına uyğun olaraq oktyabrın üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, həmin gün Qurban bayramına təsadüf edir.

Seçki Məcəlləsinə görə, seçki günü bayram günlərinə düşdükdə dəyişdirilir. Bu səbəbdən MSK sədri prezident seçkilərinin oktyabrın 9-da keçirilməsinin təklif olunduğunu bildirib.

Konstitusiyanın 101.1-ci maddəsinə əsasən prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

MSK-nin bu gün keçirilən iclasında həmçinin seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlər Təqvim Planı da təsdiq edilib.
XS
SM
MD
LG