Accessibility links

Azərbaycanda prezident seçkilərinin vaxtı dəyişdirilib


Seçki qutusu
Seçki qutusu

Bu il 15-16 oktyabr Qurban bayramı olduğundan prezident seçkiləri növbəti günlərə dəyişdiriləcək

Milli Məclis Seçki Məcəlləsinə düzəlişlər edib. Düzəlişlərə görə, qarşıdakı prezident seçkilərinin vaxtının dəyişdirilməsi nəzərdə tutulur.

Prezident seçkiləri 2013-cü il oktyabrın 16-na təyin edilib. Lakin bu il 15-16 oktyabr Qurban bayramı ilə əlaqədar iş günləri deyil. Odur ki, qanunvericiliyə düzəlişin edilməsi qərara alınıb. Bundan sonra əgər seçkilər bayram və qeyri-iş gününə düşərsə, səsvermə MSK tərəfindən ayın sonrakı gününə keçirilir.

Düzəlişlər prezident tərəfindən təsdiqləndikdən və mətbuatda dərc olunduqdan sonra qüvvəyə minəcək. Lakin qanun layihəsində seçkilərin neçə gün ertələnməsi dəqiqləşdirilmir.

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənovun fikrincə, seçkilər daha gec müddətə keçirilməlidir.
XS
SM
MD
LG