Accessibility links

Azərbaycan prezidenti ad günündə Sumqayıtda olub


Prezident Ilham Əliyev atasının abidəsini ziyarət edir
Prezident Ilham Əliyev atasının abidəsini ziyarət edir

Prezidentin 51 yaşı münasibəti ilə 51 metr uzunluğunda tort bişirilib. Tort şəhər əhalisinə paylanıb

Prezident İlham Əliyev 51 yaşı tamam olub. Dövlət başçısı ad günündə Sumqayıt şəhərinə səfər edib. Belə ki, orada bu münasibətlə bir neçə müəssisənin, o cümlədən “Gilan” holdinqin toxuculuq fabrikinin açılışı olub.

Həmçinin prezidenti Sumqayıt meri Eldar Əzizovun təşəbbüsü ilə hazırlanan ənənəvi tort gözləyib. Sumqayıtın icra hakimiyyəti başçəsə prezidentin doğum günü münasibətilə “ictimai tort”un bişirilməsi ənənəsini hələ bir neçə il əvvəl Gəncə şəhərinin icra hakimiyyəti başçısı olarkən qoyub. İlk tortun uzunluğu 47 metr təşkil edib və hər il prezidentin yaşına uyğun olaraq 1 metr artıb. Bu il uzunluğu 51 metrə çatan tort Kimyaçılar Sarayının qarşısında qoyulub.

Turan agentliyinin müxbirn hadisə yerindən bildirib ki, polis tortu əhatəyə alaraq dövlət başçısının gəlişini gözləyir.

Ötən il çəkisi 12 ton olan tortun hazırlanmasına 22 min ədəd yumurta, 2 ton un, 400 kiloqram kərə yağı, 300 kiloqram qoz sərf olunmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG