Accessibility links

Prezidentliyə namizədlərin təşviqat kampaniyası başlayıb


Prezident seçkiləri-2013 (Seçki plakatı)

Prezident seçkiləri-2013 (Seçki plakatı)

Təşviqaqt kampaniyası 22 gün davam edəcək. Prezidentlik uğrunda 10 namizəd mübarizə aparır

Sentyabrın 16-dan prezident seçkilərində seçkiqabağı təşviqat başlayıb. Təşviqat kampaniyası 22 gün davam edəcək, oktyabrın 8-də - səsvermənin başlanmasına 1 sutka qalmış başa çatacaq.

Prezidentlik uğrunda 10 namizəd mübarizə aparır. Bunlar hazırki prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Partiyasının lideri, Milli Məclisin deputatı İqbal Ağazadə, parlamentin deputatı, namizədliyini özü irəli sürən Zahid Oruc, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, Demokratik Qüvvələrin Milli Şurasının nümayəndəsi Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu.

Seçkiqabağı təşviqat KİV, o cümlədən on-line media, küçə təbliğatı, qapalı yerlərdə, açıq meydan və meydançalarda seçicilərlə görüşlər vasitəsilə keçirilə bilər.

Namizədlər İctimai Televiziya və radionun efirində, “Azərbaycan”, “Xalq”, “Respublika” və “Bakinskiy rabociy” dövlət qəzetlərinin səhifələrində pulsuz təşviqat apara bilərlər.
İctimai Televiziya və Radioda pulsuz təşviqata 3 saat, yəni, hər namizədə 18 dəqiqə pulsuz təşviqat vaxtı ayrılacaq.

Pullu təşviqata gəlincə, 21 informasiya agentliyi və on-line media, 26 qəzet və jurnal, ənənəvi televiziya (İTV) və 2 on-line televiziya siyasi reklam yerləşdirmək istəyini bəyan ediblər.

Qeyd edək ki, qalan ümummilli və regional telekanallar namizədllərin pullu əsasda təbliğatlarına maraq göstərməyiblər.

Müxalif prezidentliyənamizədlər təşviqat vaxtının az olmasından işkayətçidir. Onların firkincə, 21 gün ərzində ölkəıinin bütün regionlarında seçiçilərə platformalarının çatdırlması üçün fiziki cəhətdən belə bəs etmir. Ümum respublika miqyasında yayılan televiziyalar iqtidarın nəzarətindədir, ölkə əhalisinin yalnız bir neçə faizi qəzet oxuyur, ucqar kəndlərə qəzet çatmır. On-layn media isə ölkənin yalnız iri şəhərlərində populyardır.

Pullu reklamı yerləşdirən yeganə telekanal Ictimai televiziyadır.O da reklamın efirə verilmə vaxtından asılı olaraq hər saniyə üçün 20-50 manat tələb edir.

Hazırkı prezident İlham Əliyev təbliğat aparmayacağını bəyan edib. Ancaq, prezident artıq bir neçə həftyədir ölkənin demək olar ki, bütün rayonlarını əhatə edən səfərlər edir. Dövlət başçısının səfərləri dövlət televiziyasında on dəqiqələrlə uzanan geniş reportajlarda əksini tapır, səfər etdiyi rayonlrda sosial-iqtisadi inkişafına təkan vermək mqəsədi ilə iki milyondan az olmayaraq həmin rayonlara vəsait ayırır, yerli əhəmiyyətli yol tikintilkəri üçün də milyonlarla manat vəsait ayırır. Prezident Əliyev eyni zamanda son həftələrdə dövlət büdcəsindən maliyələşən qurumlarda əmək haqlarını və pensiyaları orta hesabla 10 faiz artırılması barədə sərəncamlar imzalayıb.
XS
SM
MD
LG