Accessibility links

Amerikada Prezidentlər günüdür


Milyonlarla amerikalı ABŞ-da fevral ayının üçüncü bazar ertəsi Prezidentlər gününü qeyd edir.

Federal bayram olan Prezidentlər günü ilk dəfə olaraq 1879-cu ildə ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun fevralın 22-də ad gününün qeyd edilməsi məqsədilə keçirilib.

Təxminən bir əsrdən sonra 1969-cu ildə ABŞ Konqresi amerikalı işçilərə üç gün istirahət verilməsi məqsədilə ildə bir neçə bazar ertəsi gününün federal bayram kimi qeyd edilməsi haqda qanun qəbul etmişdir.

Prezidentlər günü rəsmi olaraq Corc Vaşinqtonun ad günü kimi tanınsa da, fevralın 12-də anadan olmuş ABŞ-ın 16-cı prezidenti Abraham Linkolnun da ad günü qeyd edilir.

Prezidentlər gününə hazırda ABŞ-ın bütün keçmiş prezidentləri və hazırkı prezidentin gününün qeyd edildiyi bir bayram kimi baxılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG