Accessibility links

ABŞ-da prezidentlik debatlarının tarixi


Prezidentlik debatlarının tarixi
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Demokrat namizəd Hillari Klinton və respublikaçı Donald Tramp Nyu York ştatının Hemsted şəhərində prezidentliyə namizədlər arasında üç debatdan birincisində görüşəcək. Rəy sorğuları Ağ Ev uğrunda mübarizədə Klinton və Tramp arasında fərqin kiçik olduğunu göstərir və buna görə də debatlar müəyyən mənada seçkilərin nəticələrinə təsir göstərə bilər.

Prezidentliyə namizədlər arasında televiziya vasitəsilə yayımlanan ilk debat 1960-cı ilədə respublikaçı vitse-prezident Riçard Nikson və Massaçusets ştatından demokrar senator Con Kennedi arasında keçirilib.

Riçard Nikson: “Biz ölkəmizə liderliyi qaytarmalıyıq və ölkəmizin yenidən inkişaf etməsinə nail olmalıyıq.”

Kennedinin təcrübəli Niksona qarşı parlaq çıxışı seçkinin nəticələrinə öz təsirini göstərdi və Kennedi az fərqlə qələbə qazana bildir.

Ekspert Ceremi Mayer debatların məhz buna görə əhəmiyyətli olduğunu deyir.

Ekspert Ceremi Mayer:”Bununla prestij yaradılır. Əgər daha təcrübəli bir şəxslə bərabər səviyyədə dayana bilirsinizsə, debatda məhz bu gözə çarpır.”

1976-cı ildə prezident Cerald Fordun demokrat Cimmi Karterlə debat zamanı Sovet İttifaqnın Şərqi Avropada nüfuzunun olmaması haqda səhfi ona baha başa gəldi.

Prezident Cerald Ford: “Sovet İttifaqının Şərqi Avropada nüfuzu yoxdur.”

Karter Fordun bu səhvindən yapışdı və artıq əzilmiş Ford namizədlər arasında az fərqin olduğu seçkidə məğlub oldu. Corctaun universitetinin professoru Stiven Veyn bu misalla debatların əhəmiyyətini vurğulayır.

“Prezidentlik debatları namizədlər arasında fərqin az olduğu vaxt böyük əhəmiyyətə malik olur. İnsanların çoxu hansı namizədi dəstəkləyəcəklərini müəyyən etmək üçün debatlara baxır.”

Dörd ildən sonra Karter yenidən seçilmək üçün yarışlarda ondan daha yaxşı çıxış edən respulikaçı Ronald Reyqana məğlub oldu.

Cimmi Karter:”Qubernator Reyqan yenə də həmişə olduğu kimi bu təklifin əleyhinə cıxır.”

Ronald Reyqan: ”Siz yenə də eyni şeyi təkrar edirsiniz.”

Reyqanın onlar arasında yeganə debatda son sözü debatlar üçün bir standart yaratdı.

Ronald Reyqan: ”Fikrimcə, bir qərar verərkən biz özümüzdən bunu soruşmalıyıq ki, dörd il əvvəllə müqayisədə indi vəziyyətimiz daha yaxşıdırmı?”

Ceremi Mayerin sözlərinə görə, son illər namizədlər əsasən səhv etməmək haqda daha çox düşünür.

“Debatların sanki tonu zəifləyr. İnsanlar debatlara əvvəlki kimi çox baxmır. İndi bəlkə bu dəyişə bilər, çünki adamlar televiziyada canlı yayımda debata baxmadığı üçün səhvə yol verilsə, onlar sonradan bunu ya Facebook, ya da YouTube-da görə bilərlər.”

Seçki üzrə təhlilçilər hər iki namizəd üçün prioritet məsələlər ortaya qoyulduğuna görə Klinton və Tramp arasında ilk debatın kampaniya tarixində ən çox baxılan debatlardan biri ola biləcəyini düşünür.

XS
SM
MD
LG