Accessibility links

Prezidentlik uğrunda yarışlarda mübahisəli bəyanatlar

  • Amerikanın səsi

Prezidentlik uğrunda yarışlarda mübahisəli bəyanatlar

Prezidentlik uğrunda yarışlarda mübahisəli bəyanatlar

Texas qubernatoru Rik Perrinin prezident yarışlarına bir həftə əvvəl qoşulmasına baxmayaraq, o, böyük təsirə malik olub. Perri həm də Mərkəzi Bankla bağlı mübahisəli bəyanatlar verib. O, seçkiqabağı kampaniyasını Nyu Hempşir ştatında prezident Obamanın iqtisadi siyasətinin tənqidləri ilə başlayıb. “Cənab prezident, əməl sözdən öndə gedir. Mən bir qubernator kimi yeni iş yerlərinin yaradılmasına çalışıram. Prezidentin əməlləri isə iş yerlərini məhv edir”-deyə o bildirib. Nyu Hempşirdəki çıxışı zamanı respublikaçı namizəd qlobal istiləşməyə dair şübhələrini dilə gətirib və ölkə borclarının ixtisarına dair kompromis razılığı qəbul etmədiyini deyib. Ayova ştatında danışarkən Rik Perri Mərkəzi Bankın rəhbəri Ben Bernankenin fəaliyyətlərini tənqid edib. O, deyib ki, Amerikanın bu vəziyyətində əlavə pul çapı qəbuledilməzdir. Qeyd edək ki, Mərkəzi Bank son illər iqtisadi dirçəliş məqsədi ilə dövriyyəyə yüz milyardlarla dollar buraxıb.
Perrinin bəyanatları yalnız demokratlar deyil, respublikaçıların da tənqidləri ilə qarşılanıb. Sabiq prezident Corc Buşun müşaviri Karl Rov bildirib ki, Perrinin bəyanatları prezidentliyə layiq bir şəxsin bəyanatları ola bilməz. CNN şirkətinə müsahibəsi zamanı Barak Obama deyib ki, prezidentliyə namizədlər dedikləri ilə bağlı ehtiyatlı olmalıdır.

XS
SM
MD
LG