Accessibility links

Prezidentliyə namizədlər seçicilərə sosial mediadan səslənir [Video]


2016-ci il prezident seçki kampaniyalarında sosial media namizədlər və seçicilər arasında ənənəvi münsibətləri dəyişir.

Facebook, Twitter, Instagram, Snapchat – bunlar kimi müxtəlif sosial media platformaları vasitəsilə Amerika prezidentliyinə namizədlər seçiciləri ilə daha yaxın ünsiyyət qurur.

Ənənəvi media mənbələrindən fərqli olaraq, burada hər kəs söz sahibi ola bilər. Məsələn, kimsə cəlbedici məsələ ilə bağlı bir tvit ata bilər, ya da hər hansı bir mövzu ilə bağlı heşteq varsa, bu vasitə silə səsini eşitdirə bilər.

Ted Kruzun seçki kampaniyası qərargahında, seçicilərlə əlaqə qurmağın yeni yolundan istifadə edilir.

2016-ci il prezident seçki kampaniyalarında sosial media namizədlər və seçicilər arasında ənənəvi münsibətləri dəyişir.

CruzCrew mobil applikasiyası Twitter və Facebookda paylaşım etdiklərinə Kruz tərəfdarlarını xallarla mükafatlandırır.

“CruzCrew applikasiyası hər kəsi cəlb edir. Bu, bizim birbaşa seçicilərə qeyri-məhdud redaktə olunmamış mesajlarımızı çatdırmağımız üçün imkan yaradır,” deyə Kruz kampaniyasının direktoru deyir.

Bundan əlavə Kruzun seçki kampaniyasını idarə edənlər Twitterdə də seçiciləri cəlb etməyə çalışır.

“Bəziləri birbaşa dəstək olur, bəziləri qərarsızdır, bəziləri isə dəstək olmaya razı salına bilər.”

Onların bu səyləri öz nəticəsini verib - Respublikaçı namizədlər arasında Kruzun vebsaytına daha çox daxil olan var.

Sosial media gündəlik kampaniya strategiyasının əsas hissəsidir, çünki seçicilər siyasi xəbərlər oxumaq və seçki kampaniyası barədə məlumat almaq üçün daha çox telefonlarından istifadə edirlər. Əsasən də gənc seçicilər siyasətçilərlə daha yaxın ünsiyyətə üstünlük verir.

Namizədlər bu münasibətlərin vacibliyini anlayır və müxtəlif platformalar vasitəsilə dəstəkçilər cəlb etməyə çalışır.

“Donald Tramp Twitterdə güclüdür. Ben Karson Facebookda. Hillari Klinton və Berni Sanders isə e-maildə.”

Sanders tərəfdarı Ben Spilberq deyir ki, onun kampaniyasının diqqəti siyasi prosesdən kənar qalmış insanlar və məsələlər üzərində cəmləşir. Bu isə internetin təqdim etdiyi açıq demokratiyaya uyğunlaşmaq deməkdir.

Onun atdığı tvitlər ətrafında çoxlu müzakirələr gedir. Bu cür şeylər əsas mediada yayılır və beləliklə bu, milli şüura daxil olur.

“Ənənəvi media mənbələrindən fərqli olaraq, burada hər kəs söz sahibi ola bilər. Məsələn, kimsə cəlbedici məsələ ilə bağlı bir tvit ata bilər, ya da hər hansı bir mövzu ilə bağlı heşteq varsa, bu vasitə silə səsini eşitdirə bilər.”

Spilberq Sanderslə bağlı müzakirələr aparmaq üçün gündəlik olaraq tvitlər paylaşır və bloq yazır.

“Onun atdığı tvitlər ətrafında çoxlu müzakirələr gedir. Bu cür şeylər əsas mediada yayılır və beləliklə bu, milli şüura daxil olur.”

Bu da elə builki seçkilərdə sosial medianın buraxacağı uzunmüddətli təsiri olacaq – seçki prosesinə cəlb olunan yeni seçici qrupu.

“İnsanlar seçilən siyasətçi barədə tvitlər paylaşacaq və beləliklə onun cavabdehlik daşımasını təmin edəcək.”

XS
SM
MD
LG