Accessibility links

Prezidentliyə namizədlər çərşənbə günü mühüm səsverməyə hazırlaşır


Demokrat partiyasından prezidentliyə namizəd Hillari Kliton və Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp

Demokrat partiyasından prezidentliyə namizəd Hillari Kliton və Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp

2016-cı il ABŞ prezident seçkilərində çərşənbə axşamı günü mühüm gündür. Amerikanın 11 ştatında keçiriləcək seçkilərdə namizədlər Respublikaçılar və Demokrat patiyalarının iyul ayında qurultaylarında nominasiya almaq üçün partiya nümayəndələrinin dörddə birinin səslərini qazanmaq uğrunda mübarizə aparacaq.

Rəqabət aparan namizədlər respublikaçılar düşərgəsində irəlidə gedən milyarder, daşınmaz əmlak maqnatı Donald Tramp, demokratların cərgəsində isə öncül, keçmiş dövlət katibi Hillari Klinton üzərində qələbə əldə etmək yollarını axtarır.

Texas senatoru Ted Kruz CNN televiziyasına müsahibədə deyib ki, "bu, kampaniyada ən mühüm gündür."

Texas senatoru Ted Kruz

Texas senatoru Ted Kruz

Kruz Tramp üzərində öz ştatında qələbə əldə edəcəyinə inandığını bildirib.
Texasdan başqa digər ştatlarda aparılmış rəy sorğuları Trampın irəlidə getdiyini göstərir.

Respublikaçılar partiyasından prezidentliyə daha bir namizəd olan Florida senatoru Marko Rubio çərşənbə axşamı səsvermədə Tramp üzərində qələbədən danışmasa da, CBS tele-şirkətinə müsahibədə deyib ki, opponentlərini təhqir edən Tramp nəticədə partiyadan nominasiya almayacaq.

Respublikaçılar partiyasından namizədlər arasında irəlidə gedən Donald Tramp bazar günü televiziya müsahibəsində İkinci Dünya müharibəsi dövrü İtaliyada diktator Benito Mussolidən gətirdiyi sitatı Tvitter səhifəsində bölüşməsi ilə bağlı sualları cavablandırıb.

Florida senatoru Marko Rubio

Florida senatoru Marko Rubio

Seçkili hökumət orqanlarında heç vaxt xidmət göstərməyən Tramp Mussolinin "bir gün şir yaşamaq yüz il qoyun kimi yaşamaqdan yaxşıdır" sitatını ona maraqlı göründüyü üçün bölüşdüyünü deyib.

Demokrat partiyasından namizədlər arasında isə Hillari Klinton Cənubi Karolina ştatında rəqibi Berni Sanders üzərində qələbəsi ilə üstünlüyünü möhkəmləndirib.

Vermont senatoru Berni Sanders

Vermont senatoru Berni Sanders

Klintonun 11 ştatın çoxunda şanslarının güclü olmasına baxmayaraq, Sandersin kampaniyası bildirib ki, onun beş ştatda qələbə çalmaq üçün yaxşı imkanı var. Bu ştatlar Demokrat partiyasının elektoratının böyük hissəsini təşkil edən afro amerikalı seçicilərin Klintona üstünlük verdiyi cənub ştatlara daxil deyil.

XS
SM
MD
LG