Accessibility links

Seçkilərdə həlledici rola malik Ohayo ştatında kampaniya apardıqdan bir gün sonra ABŞ prezidenti Barak Obama və onun Respublikaçı rəqibi Mitt Romni eyni dərəcədə əhəmiyyət kəsb edən Virciniya ştatına yollanırlar.

Çərşənbə günü açıqlanmış yeni rəy sorğuları göstərir ki, ötən günlərdə Demokrat prezident 6 noyabr seçkilərində əsas rol oynayacaq ştatlarda rəqibi üzərində böyük üstünlük əldə edib.

Ohayoda kampaniya nümayişinə qatılan Respublikaçı namizəd Romni prezidentin Çinin ticarət praktikasına müqavimət göstərmədiyini və bunun ABŞ-da çox sayda işlərin itirilməsi ilə nəticələndiyini deyib.

Barak Obama isə təqaüdə çıxmış multimilyoner Mitt Romnini Çinə investisiya qoymaqda günahlandırıb.
XS
SM
MD
LG