Accessibility links

İsa Qəmbər prezidentliyə namizəd irəli sürüləcək


İsa Qəmbər: Müsavatın 100 illik tarixi - azadlıq, ləyaqət və şərəf uğrunda mübarizə tarixidir
İsa Qəmbər: Müsavatın 100 illik tarixi - azadlıq, ləyaqət və şərəf uğrunda mübarizə tarixidir

Müsavat Partiyasının məclisinə İsa Qəmbərin prezidentliyə namizəd irəli sürülməsi tövsiyyə edilib. Partiya qurultay keçirməsi üçün yer ayrılması barədə bir daha Bakı meriyasına müraciət edib

Müsavat Partiyasının divanı partiyanın Məclisinin növbəti toplantısında prezident seçkilərində iştiraka dair qərar qəbul olunmasını və partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsini tövsiyə edib.

Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, partiyanın divan İctimai Palatanın prezident seçkilərində iştirakla bağlı ilkin qərarını müsbət qiymətləndirib.
Ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq məqsədi ilə 2013-cü ildə prezident seçkilərində iştirakı məqsədəuyğun hesab edib.

Müsavat Partiyası Məclisinin yanvarın 4-də keçirilməsi qərara alınıb.

İctimai-siyasi vəziyyətlə bağlı müzakirələrdə Müsavat Partiyasının Məclis üzvü Nigar Yaqublunun həbsdə saxlanması və məhkəmənin siyasi motivlərlə qəbul etdiyi qərarın yolverilməz olduğu bildirilib. Divan N.Yaqublunun işi ilə bağlı məhkəmə prosedurlarının tezliklə tamamlanmasını, ilin sonuna kimi iqtidarın siyasi məhbusları azadlığa buraxmasına dair qərar qəbul olunmasını zəruri sayıb.

Dekabrın 24-də Müsavat Partiyasının Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin toplantısı da keçirilib. Toplantıda diqqətə çatdırılıb ki, Müsavat Partiyası özünün növbəti qurultayını keçirmək üçün 2012- ci il ərzində dörd dəfə (17.01.2012, 28.02.2012, 07.03.2012 və 08.05.2012 tarixlərində) Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, bu məqsədlə 800-1000 nəfərin yerləşə biləcəyi yer ayrılmasını xahiş edib. Lakin, hakimiyyət nümayəndələri partiyaya qurultayın keçirilməsi üçün münasib yer ayırmaqdan imtina edib. Təklif olunan yerlər isə qurultayın keçirilməsi üçün yararlı olmayıb.

Qurultayın Gürcüstanda keçirilməsinə dair aparılan danışıqlar nəticəsində tədbirin bu ölkədə keçirilməsin mümkünlüyü aydınlaşıb. Lakin, bu məsələnin Gürcüstanda yeni formalaşan hakimiyyətlə Azərbaycan hakimiyyəti arasında problemlər yarada biləcəyini nəzərə alaraq, biz qurultayın Azərbaycanda keçirilməsinə tərəfdardır.

Qurultaya hazırlıq üzrə təşkilat komitəsi bir daha Bakı Şəhər İcra Hakimiyyətini Müsavat Partiyasına 800-1000 nəfərlik müvafiq yer ayırmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG