Accessibility links

Ukraynanın yeni prezidenti Petro Poroşenko artıq ilk ciddi sınağı ilə üzləşir. Belə ki, bu həftə o, Avropanın təchizatına təhlükə yaradan Rusiya ilə mübahisəli təbii qaz razılığı barədə danışıqlar aparmalıdır.

Ukraynanın şərqində Kiyevin təhlükəsizlik qüvvələri ilə rusiyapərəst separatçılar arasında silahlı qarşıdurma davam etməsinə baxmayaraq Ukrayna, Rusiya və Avropa Birliyinin enerji rəsmiləri sabah Brüsseldə görüş keçirəcəklər.

Ukrayna və Rusiya arasında Ukraynanın təbii qaz təchizatının ödənişinə dair fikir ayrılığı mövcuddur. Ukraynanın Rusiya tərəfdarı prezidenti Viktor Yanukoviçin hakimiyyətdən devrilməsi və cənab Poroşenkonun seçilməsi ilə Moskva Kiyevə satdığı təbii qazın qiymətini iki dəfə artırmağa çalışır.
XS
SM
MD
LG