Accessibility links

Britaniyanın yenicə doğulmuş şahzədəsinə nəhayət ki, ad verildi. Onun adı Kembric şahzadəsi Corc Luiz Aleksanderdir. İlk dəfə körpə valideyinləri ilə bərabər Londonda Müqəddəs Meri xəstəxanasının qarşısında ictimaiyyət qarşısına çıxdı.

Xoşbəxt hersoq və hersoqiniya körpə ilə bərabər müxbirlərin suallarını cavablandırmaq üçün xəstəxana qarşısına çıxarkən şeypurlarla salamlanıb.

Keyt Londonda yerləşən Paddinqton xəstəxanasının xüsusi şöbəsində İngiltərə şahlığına 3.6 kiloqram çəkisi olan üçüncü varis Corc Aleksander Luizi dünyaya gətirib.

Hersoq və hersoqaviniya daha sonra oğulları ilə kral sarayına qayıdıb.

Şahzadə Corc artıq əmisi şahzadə Herri və nənəsi kraliça II Yelizaveta ilə görüşüb.

Xoşbəxt ailə Keytin valideyinlərinin Corc Aleksander Luizi salamlamaq üçün London yaxınlığındakı evlərini ziyarət edib.
XS
SM
MD
LG