Accessibility links

Təkmilləşdirilmiş 3D printerlərin sərgisi keçirilib [Video]


Təkmilləşdirilmiş 3D printerlərin sərgisi keçirilib
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Bu avtomobil saatda 320 km surət yığa bilir və Le Mans adlı 24 saatlıq yarışda iştirak edəcək. Bu, Britaniyanın yarış avtomobillərinin vətəni olan Silverston şəhərində yerləşən Strakka Racing şirkəti tərəfindən düzəldilən bir neçə prototipin nəticəsidir.

Dan Valmsley: İdman avtomobilləri elə bir rəqabətli sənayedir ki, əgər sən geri qalsan onlara çatmaq demək olar ki, imkansızdır.

Digər rəqibləri kimi Strakka şirkəti 3D printerdən istifadə edərək komponentləri bacardığı qədər tez çap və dizayn etməyə çalışır. Hazırda isə şirkət 3D çap texnologiyasindan istifadə edərək avtomobil hissələri istehsal edir. Bu, dəmir lövhəsini kompüter nəzarətinə verərək istədiyin formanı əldə etmək deməkdir.

Dan Valmsley: Biz avtomobillər üçün bufer, aksesuarlar kimi aerodinamik komponentləri istehsal edə bilirik. Biz materialların xususiyyətlərinin idman avtomobillərinin komponentlərində istifadə üçün çox dayanıqlı, sərt, möhkəm və yüngül olduğunu aşkar etdik

Hollandiyalı şirkət yanğına həssas ərazilər kimi problemlərə qarşı gündəlik yaşam üçün istifadə olunacaq kiçik dronlar düzəldir.

Cust Hezemans: Biz hazırda dronlar arasında əlaqə yaratmaq üzərində işləyirik. Bu bir dronun digəri ilə danışması deməkdir. Gələcəkdə dronlar daha da ağıllı və kiçik olacaq və təsəvvür edə bilmədiyimiz şeyləri edəcək.

Filmlər üçün kostyum istehsal edən şirkət 3D çap texnologiyasını çox yararlı olduğunu düşünür.

Qrant Peyrmeyn: Əvvəllər biz prototip düzəltmək üçün çox pul invesyisiya edərdik. Əgər prototip uyğun gəlməzdisə, bunu yenidən düzəltmək üçün həftələrlə vaxt sərf edərdik. İndi isə modifikasiya çox tez başa gəlir.

Moda dizaynerləri bununla razılaşır. ABŞ 3D printer istehsalçısı Stratys şirkətinin yaradıcı direktoru Naomi Kaempfer deyir ki, 3D printer hələ də təkamül edir.

Naomi Kempfer: Biz düzgün davamlılığı , sərtliyi olan materiallar çap edən 3D printerlərin kəşfini gözləyirik. 3D çapın qatların meydana gələn texnologiya olduğunu bilirik. Lifi sərt olan material çap etmək üçün həqiqətən də tərkibində hər zaman lif olan materialınız olmalıdır.

Bu yaxınlaradək 3D çapdan əsasən plastik cərrahlar, memarlar və istehsalçılar son məhsulun sadəcə görüntüləməsində istifadə edərdi.

XS
SM
MD
LG