Accessibility links

Elm

3D Printerləri - Hüquqi dilemma [Video]


3D printerlər elmi laboratoryalardan sənaye zavodlarına, evlərə artan sürətlə yayılırlar.

Mövcud 3D printer cihazları keçən il noyabr ayrında Londonda keçirilən sərgidə nümayiş etdirilib. Bunların arasında insan bədənin orqanı kimi kompleks obyektləri print edəcək cihazlardan tutmuş uşaq oyuncaqlarını və ya ev əşyaları kimi sadə obyektləri düzəldəcək cihazlar da var.

Alman şirkətlərindən biri bu yaxınlarda avtomobil şassının 3D printerində hazırlanmış prototipini nümayiş etdirib. Çin şirkəti isə 3D printerlə hazırlanmış ev reklam edib.

Kompüterin köməyi ilə hər bir kəs fərqli obyektləri dəqiqliklə düzəldə bilər. Belə halda bu qanun pozuntusudur.

Culi Samuels Elektronika Hüdud Fondunda ABŞ mülki azadlıqlar qrupunun baş hüquqşünasıdır.

"Əgər düzəltmək istədiyiniz müəyyən əşyanın müəllif hüququ varsa, və onu çap edərsizsə bu zaman siz başqasının müəllif hüquqlarını kobud şəkildə pozmuş olarsız", deyə Culi Samuels bildirir.

Ancaq 3D şirkətləri deyir ki, yeni məhdudlaşdırılmış müəllif hüquqlarını qoruma qanunlarının qəbul edilməsinin həm vətəndaşlıq hüquqlarını həm də texnologiya yeniliklərinə əngəllər törədə bilər.

Bundan 10 illər əvvəl qanunvericilik və musiqi sənayesi bir birini tamamlamaqda çətinlik çəkdi. Belə ki, istənilən şəxs musiqini əvvəllər maqnetik, indi isə elektronik mediaya kopyalaya bilər.

3Dplus.me, vebsaytının təhsisçisi Sidni Tetro deyir ki, o Musiqi sənayesində olduğu kimi, 3D lisenziyalarının tezliklə mövcud olmasını istəyir.

"Bütün bu şirkətlər hazırda onların gələn il 3D printer vasitəsi ilə istehsal etdikləri malları necə bazara çıxaracaqları barədə işlər görürlər. Biz bunu görəcəyik", Sidni Tetro deyir.

3D printer dizayneri Dieqo Porqueras deyir ki, 3D printer və müəllif hüquqları sahibləri ortaq qərara gəlməlidirlər.

"Əgər şirkətlər bundan yararlanmaq istəyirlərsə, o zaman Ulduz Müharibələri obrazı üçün nominal rüsum ödə və 3D ilə çap et. Düşünürəm ki, bu, piratlığın qarşısını alacaq", deyə Dieqo Porqueras bildirir.

3D printerlə bağlı qanunların olmaması texnologiyanın yayılmasının qarşısını almayacaq. Ancaq ekspertlər ümid edirlər ki, insanlar şəxsi məqsədlər üçün bəzi şeyləri çap etsələr yeni qanunlar onları cəzalandırmayacaq.
XS
SM
MD
LG