Accessibility links

İsrail gələn iki ay ərzində həbsdəki əlavə 550 fələstinlini azadlığa buraxmalıdır


İsrail gələn iki ay ərzində həbsdəki əlavə 550 fələstinlini azadlığa buraxmalıdır
İsrail gələn iki ay ərzində həbsdəki əlavə 550 fələstinlini azadlığa buraxmalıdır

Fələstinlilər İsraillə məhbusların mübadiləsi barədə əldə olunmuş razılaşmanın ikinci mərhələsinə hazırlaşırlar. Razılaşmaya əsasən bir İsrail əsgəri qarşılığında yüzlərlə fələstinli azadlığa buraxılıb. Fələstinlilərin Həmas qrupunun hərbi qanadının bir nümayəndəsi razılaşmanın növbəti mərhələsində qoca və xəstə məhbusların azadlığa buraxılmasına üstünlük veriləcək. Həmasın nümayəndəsi Əbu Obeyda müxbirlərə verdiyi məlumatda bildirib ki, Misirin vasitəçiliyi ilə əldə edilən razılaşmaya görə, 20 ildən daha uzun müddət həbsdə olan fələstinlilər də ilk növbədə azadlığa buraxılanların siyahısına daxil edilib. Fələstinlilərin 2006-cı ildəki əməliyyat nəticəsində ələ keçirdikləri Gilad Şalitə qarşılıq olaraq İsrail həftənin əvvəllərində 477 fələstinlini azad etmişdi. Razılaşmaya əsəsən İsrail iki ay ərzində həbsdəki daha 550 fələstinlini azadlığa buraxmalıdır.

XS
SM
MD
LG