Accessibility links

Amerikada məhbusların cəza müddətləri başa çatdıqdan sonra onların özünəetimad və bacarıqlarının bərpası məqsədilə bir sıra proqramlar yaradılıb.



Virciniya statinda da belə bir həbsxana var. Bu həbsxana qeyri-adiliyi ilə seçilir. Ştatın mərkəzi hissəsində, Ceyms Çay İş mərkəzində məhbuslara keçmiş yarış atlarına qulluq etmək öyrədilir.

Beləliklə məhbuslara ikinci şans verilir. Gəlirsiz Cins Atlar Pensiya fondu keçmiş yarış atlarını baxımsızlıq, təhqir və məhv edilmədən qoruyur. Eyni zamanda bu atlar Ceyms Çay Virciniya İş mərkəzindəki məhbusları həbsdən sonrakı həyata hazırlayır.

Məhbus: “Məndən bu proqramda maraqlı olub-olmadığımı soruşduqda, mən “əlbəttə maraqlıyam” dedim. Atları necə sevməmək olar?”

Altı aylıq proqramda məhbuslar atla düzgün rəftar etməyi, onun qayğısına qalmağı, anatomiyası, səhhəti və digər amillərlə tanış olur.

Məhbus Elliot: “Bu Sekretariatın nəvəsidir. Çox yaxşı atdır. Əgər xatırlayırsınızsa Sekratariat Belmontda keçirilən cıdır yarışlarında qalib olmuşdu.”

Məhbus Rayen: “Məncə bu atın ömrü yarışlarda keçib. Onda steroid iynələrinin əlamətləri var. Bunun yan təsirləri iynədən yaranmış çapıqlar və başqa çapıqlardır.”



Atlar gün ərzində iki dəfə qidalanır və xəsarət alıb-almadıqlarını yoxlamaq üçün nəzərdən keçirilir. Baxmayaraq ki, təlimlərə sinif otaqlarında işləmək də daxildir, təlimçi Reyd Maklellan əvvəlcədən təcrübəli olmanın vacibliyini vurğulayır.

Reyd Maklellan: “Yəni atlarla tövlədə çox vaxt keçirmək lazımdır. Atlar saxta bravadonu dərhall hiss edir və bundan xoşlanmır. Bu baş verərsə, atlar 450 kg çəkili böyük heyvanlarla tövlədə düzgün rəftar etməni, bir harmoniyada olmanı onlara öyrədəcək.”

Uill proqramın məzunudur və indi o, təlimçi müavinidir. O, sentyabr ayında cəza müddətini bitirəcək və artıq onu iş yerləri gözləyir.



Onun Heppi adlı atı da yeni həyata başlayır. Belə ki, artıq bu atı himayədarlığa götürən var.

Məhbus Uill: “Heppi mənim qayğısına qaldığım ilk atdır. O, yarışda xəsarət alıb. Lakin indi o, dəyişib. Indi o, olduqca xoşagəlimlidir və diqqəti sevir.”

Sadəcə Heppi dəyişməyib. Cins Atlar Pensiya fondundan Anna Taker deyir ki, Uillin də əvvəllər rəftar problem var idi.

Anna Taker: “Uill proqrama gələndə problemli keçmişə malik, özünə inamsız gənc oğlan idi. O, nə etmək istədiyini bilmirdi. İndi Uilldə özünə inam yaranıb. Bizdə onun üçün həm yaxşı vəzifə, həm də qalması üçün yer var.”

Cəza müddətini bitirdikdən sonra Uillin nəinki, işləmək şansı var, onun həm də həyatını tam dəyişmək üçün inamı var.

Mən nə həbsxanaya,nə də buraya qayıtmaq istəyirəm -deyə, o bildirir.

Uil yəqin ki, həbsxanaya qayıtmayacaq. Proqramda iştirak edən çox az sayda adam həbsxanaya dönür. Görünür həm məhbuslar, həm də atlar həqiqətən ikinci şansdan yararlanır.
XS
SM
MD
LG