Accessibility links

Prokuror daha 4 müxalifət fəalına 4 il 6 ay həbs istəyib


Prokuror daha 4 müxalifət fəalına 4 il 6 ay həbs istəyib
Prokuror daha 4 müxalifət fəalına 4 il 6 ay həbs istəyib

Ülvi Quliyev və Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233-cü (ictimai asayişin pozulması) və 315.1-ci (polisə müqavimətin göstərilməsi) maddələri ilə ittiham olunur. Elnur Məcidli və Rüfət Hacıbəyli 233-cü maddə ilə ittiham olunur.

Bu gün Nəsimi Rayon Məhkəməsində 2 aprel aksiyası ilə bağlı həbs olunmuş müxalifətçilərin növbəti qrupunun məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. O, Elnur Məcidlinin (AXCP gənclər şöbəsinin üzvü), Rüfət Hacıbəylinin (Müsavat Partiyasının fəalı), Ülvi Quliyevin (bitərəf) və Əhəd Məmmədlinin (Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini) 4 il yarım müddətə azadlıqdan məhrum olunmasını istəyib. Ülvi Quliyev və Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233-cü (ictimai asayişin pozulması) və 315.1-ci (polisə müqavimətin göstərilməsi) maddələri ilə ittiham olunur. Elnur Məcidli və Rüfət Hacıbəyli 233-cü maddə ilə ittiham olunur. Artıq 2 aprel hadisələrinə görə 10 nəfər müxalifət fəalı müxtəlif müddətə həbs olunub.

XS
SM
MD
LG