Accessibility links

Prokuror Eynulla Fətullayevə 3 il həbs istəyib


Prokuror Eynulla Fətullayevə 3 il həbs istəyib

Prokuror Eynulla Fətullayevə 3 il həbs istəyib

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin Qaradağ rayon məhkəməsində məhkəmə prosesi davam edib

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin Qaradağ rayon məhkəməsində məhkəmə prosesi davam edib. Dövlət ittihamçısı Elçin Nağıyev jurnalistə 3 il həbs istəyib.

Cənab Fətullayev 2007-ci il aprelində Yasamal Rayon Məhkəməsinin qərarı ilə böhtan ittihamı ilə 2 il 6 ay həbsə məhkum edilib. Bundan sonra, jurnalistə qarşı "Realnı Azerbaydjan" qəzetində ABŞ-ın İrana hərbi təcavüzü ilə bağlı ehtimalların yer aldığı məqaləyə görə Cinayət Məcəlləsinin terrorçuluqla hədələmə, milli nifrət və düşmənçiliyin salınması, vergidən yayınma maddələri ilə ittiham irəli sürülüb. O 2007-ci il oktyabrında yenidən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il dekabrın 29-da isə həbsxanada baş redaktorun paltarından narkotik tapılması ittihamı ilə cinayət işi başlanıb. Avropa İnsan Haqları məhkəməsi bu ilin aprelində cənab Fətullayevə qarşı ittihamları əsassız sayıb və onun dərhal həbsdən azad edilməsi barədə qərara qəbul edib.

Bugünkü məhkəmə prosesində baş redaktor dövlət ittihamçısının çıxışını əsassız sayıb, günahsız olduğunu və narkotikin paltarına qabaqcadan qəsdən qoyulduğunu deyib. Jurnalist hesab edir ki, istintaq orqanı narkotikin onun paltarına qəsdən qoyulmasını araşdırmayıb. Cənab Fətullayev milli qanunvericiliyin və Avropa məhkəməsinin qərarının onun azadlığa buraxılmasına əsas yaratdığını da məhkəmənin diqqətinə çatdırıb.

Vəkil İsaxan Aşurov da prokurorun çıxışı ilə razılaşmır. Onun fikrincə. istintaq və məhkəmə araşdırması zamanı jurnalistin hüquqları pozulub.

XS
SM
MD
LG