Accessibility links

Prokuror gənc müxalifətçiyə 3 il həbs istəyib

Prokuror gənc müxalifətçiyə 3 il həbs istəyib
Prokuror gənc müxalifətçiyə 3 il həbs istəyib

Cabbar Savalanlı fevralın 5-də Sumqayıtda qanunsuz narkotik saxlama ittihamı ilə həbs edilib. Lakin demokratik ictimaiyyət nümayəndələrinin fikrincə, hakimiyyət gənc fəalı müxalifətin etiraz aksiyalarında fəal iştirakına və sosial şəbəkələrdə iqtidarı tənqid etdiyinə görə cəzalandırır.

Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası gənclər təşkilatının üzvü Cabbar Savalanlının işi üzrə məhkəmədə prokuror cənab Savalanlının 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil Anar Qasımovun Turan agentliyinə bildirib ki, prokurorun çıxışından əvvəl siyasətçilər və hüquq müdafiəçiləri - İsa Qəmbər, Novella Cəfəroğlu, İntiqam Əliyev, Səidə Qocamanlı və Səadət Bənənyarlı yazılı müraciət edərək hakimdən Savalanı hökm verilincəyə qədər zaminə buraxılmasını istəyib. Lakin hakim xahişi təmin etməyib.

Cabbar Savalanlı Cinayət Məcəlləsinin qanunsuz narkotik maddə saxlama maddəsi ilə ittiham olunur. Bu gün məhkəmədə narkoloji ekspertiza üzrə rəy vermiş ekspert dindirib. Vəkilin sözlərinə görə, ekspert birmənalı olaraq bildirib ki, Savalanlı narkoman deyil.

XS
SM
MD
LG