Accessibility links

ANS teleşirkətinin prezidenti Vahid Mustafayev və vitse-prezidenti Mirşahin Ağayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İdarəsində ifadə vermək üçün saxlanılıblar. Bui barədə virtualaz.org saytı məlumat verib.

Sayta gecə saatlarında daxil olan bu məlumatı teleşirkətdən təsdiqləyiblər. V.Mustafayevlə M.Ağayevin telefonları qapalı olduğundan onların özləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Ondan əvvəl isə Baş Prokurorluğun və DİN-in Səbail Rayon Polis İdarəsinin əməkdaşları teleşirkətin binasını möhürləyiblər. ANS şirkətinin rəhbərliyinə qarşı “terrorizmin təbliği” maddəsi ilə cinayət işi qaldırılıb.

ABŞ-da qərargahlanan Fətullah Gülən Türkiyə hökuməti tərəfindən qiyam cəhdində günahlandırılır.

ABŞ-da qərargahlanan Fətullah Gülən Türkiyə hökuməti tərəfindən qiyam cəhdində günahlandırılır.

Xatırladaq ki, dünən Milli Televiziya və Radio Şurası Baş Prokurorluğun təqdimatı ilə ANS-in yayımının dayandırlması barədə məlumat yayıb.

APA-nın məlumatına görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaq olub.

Yayımın dayandırılması barədə qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.

Dünən ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşova Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons verİib. Ataşova dünyanın müxtəlif KİV-lərinin nümayəndələri ilə birlikdə F. Gülənin mətbuat konfransında iştirak edib.

İyulun 19-da isə Milli Televiziya və Radio Şurasında (MTRŞ) iclas keçirilir.

Report agentliyinin məlumatına görə, iclasda ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının dayandırılması ilə bağlı qərar, habelə, bu televiziya kanalı ilə bağlı atılacaq növbəti addımlar müzakirə ediləcək.

Qeyd edək ki, iyulun 18-də Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib.

Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb.

MTRŞ-nın bununla bağlı yaydığı açıqlamasında bildirilib ki, ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək: "Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.

Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər".

Show comments

XS
SM
MD
LG