Accessibility links

Prostat xərçəngi və yeni araşdırmalar [Video]


Döş xərçəngini aşkar etmək üçün mammoqram testlərində olduğu kimi, prostat xərçəngini aşkar etmək üçün edilən testlər də mübahisələrə səbəb olub. Yeni araşdırmaların nəticələri göstərir ki, artıq həkimlər prostat xərçəngi riski yüksək olan insanlar üzərində daha etibarlı testlər apara bilər.

Görünür prostat xərçəngi Ronald Brisko ailəsinə nəslən keçir. “Bu xəstəlik böyük qardaşımda, atamda, eləcə də kiçik qardaşımda da var.” deyə, Brisko bildirir.

Yeni araşdırmaların nəticələri göstərib ki, bir kişinin əmiləri və babaları da daxil edilməklə, kişi qohumlarında prostat xərçəngi olubsa, həmin şəxsdə bu xəstəliyin olması riski çox böyükdür.

Mammoqram vasitəsilə aşkar edilən döş xərçəngindən fərqli olaraq, prostat xərçəngini buna bənzər apparatlarla aşkar etmək çətindir. Ultra-səsdən istifadədən savayı standart biopsiya üçün həkimlər toxuma nümunələri götürməlidir.

Həkimlər, Minac Siddiqi və Piter Pinto ultra-səsin nəyə görə ideal olmadığını başa salmağa çalışır. “Ultra-səs iynələrin prostata çatdığını göstərməlidir, lakin biz iynələrin birbaşa xərçəng şişini hədəf alan ultra-səsdən istifadə etmirik.” deyə, doktor Pinto Bildirir.

Doktor Minac Siddiqi: “Biz xərçəngi aşkar etmək üçün prostatın bütün nümunələrini götürürük."

Briskonun xərçəngi MRI vasitəsilə aşkar edilib. Doktor Siddiqi və doktor Pinto prostat riski yüksək olan çox sayda insan üzərində araşdırmalar aparıb. Qruplardan biri biopsiyanı ultra-səs və MRİ köməyi ilə götürübsə, digər qrup biopsiyanı standart, ultra-səs vüsitəsilə götürüb. Bundan sonra həkimlər nəticələri müqayisə ediblər.

Doktor Pinto: “Ənənəvi biopsiya götürülməsindən fərqli olaraq, MRI prostat xərçənginin aşkar edilməsi ehtimalını 30 faiz artırıb.”

MRI həkimlərə xərçəngin olduğu şübhələnilən nahiyələrdən biopsiya götürülməsinə yardım edir. “Bunu etməyin üstünlüyü ondan ibarətdir ki, xərçəngi aşkar etmək şanslarımızı maksimuma qaldırırıq.” deyə, doktor Siddiqi bildirir.

Doktor Siddiqi daha geniş araşdırmalar aparmağı planlaşdırır. Lakin əldə edilən ilkin nəticələr ümidvericidir.

XS
SM
MD
LG