Accessibility links

Döş xərçənginin müəmmalı səbəbləri [Video]


Etta May: “Tamamilə sağlam adamsan, bir dəqiqə sonra məlum olur ki, səndə döş xərçəngi var.”

Etta May bu günlər çox erkən oyanır. O, indi tibb bacısı olaraq gecə növbəsində işlədiyi vaxtdan daha fərqli həyat sürür. O, yəqin ki bu vaxt yatmağa hazırlaşardı.

"Mən hər zaman yorğun olardım. Mən elə bir tibb bacısı tanımıram ki, gecə növbəsində yorulmasın", deyə Etta bildirir.

Karla Finkielstein gecə növbəsində işləyən qadınlarda döş xərcəngi ehtimalının daha yüksək olduğunu deyir.

Vircinya Texniki Universitetindən molekular biologist Karla Finkilsteyn gecə növbəsi işlərinin qadın bədənində təsirləri haqda daha çox məlumat toplamaq istəyir. Qeyri-adi iş saatlarında işləmək bədənin kimyəvi tərkibini, yəni sağlam hüceyrələri xərçəng hüceyrələrinə dəyişə bilərmi?

Karla Finkielstein: “Biz başa düşməyə çalışırıq ki, həmin ətraf mühit və vəziyyətdəki dəyişikliklər genlərin reaksiyalarına necə təsir göstərir.”

Milli Elm Fondunun dəstəyi ilə Karla Finkilsteyn qurbağa embriolarından istifadə edərək gecə növbəsində işləyən qadınlardakı psixoloji dəyişikliklərə aydınlıq gətirməyə çalışır.

O araşdırmaların gecə növbəsində işləyənlərin hüceyrələrində anormal səviyyədə spesifik proteyn qeydə alındığını deyir. Bu, hüceyrələrin böyüməsini və bölünməsini nizamlayan genlərə nəzarət edir. Karla proteynləri qurbağa hüceyrələrinə yeridərək onların təsirini araşdırır.

Karla Finkielstein: “Və bu xərçənglə nəticələnə bilər. Bu çox başqa xəstəliklərə də səbəb ola bilər. Ancaq araşdırmalarımız bizi inandırır ki, bu, xərçəng hüceyrələrinin anormal yayılması ilə nəticələnir.”

Karla həmçinin qadının bioloji saatının xəstəliklərin müalicəsindəki rolunu araşdırır. İnsan xərçəng hüceyrələrindən istifadə edərək o, radiasiya terapiyasının günün müəyyən saatlarında tətbiqinin təsirli olub-olmamasını sınaqdan keçirir.

Karla Finkielstein: “Xəstə insanların günün müəyyən saatında müalicə olunmaları dərmanların təsirini daha effektiv edir və beləliklə xəstəliyin insan üzərində təsirini azaldır.”


Vernal Branch: “Mən nəvələrimi və bacımın qızlarını bu xəstəlikdən necə qoruyacağımı bilmirəm ancaq mən bunu etmək istəyirəm.”

Xərçəngdən xilas olanlar indi başqa saata qarşı mübarizə apardığını deyir.

Etta deyir ki, onun iki qızı, üç nəvəsi var. O, onların buna tutulmasını istəmir.

Vernal Branch: "Mən heç bir qadının döş xərçəngindən ölməsini istəmirəm.”

Karla Finkielstein: “Mən ümid edirəm ki, 20 il sonra siz mənimlə döş xərçəngi barədə müsahibə aparmayacaqsız. Biz başqa mövzuda danışacağıq.”
XS
SM
MD
LG