Accessibility links

Beyinlə idarə olunan protezlər [Video]


Beyinlə idarə olunan protezlər
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Bu çox təbii görsənir. Qammi Olafsson protez ayağını hərəkət etdirir.

Qammi Olafsson: "Onu idarə etmək cəmi 10 dəqiqəmi aldı. Mən artıq ayağa qalxıb, gəzə bilərəm."

Olafsson deyir ki, o, hərəkət etdiyində sanki öz əzələlərinin köməyilə hərəkət etdiyini hiss edir.

Keçən il ABŞ-da yerləşən Alfred Mann təşkilatı tərəfindən təkmilləşdirilmiş kiçik sensorlar əzələ toxumasına yerləşdirilib. Onun sağ ayağı on əvvəl kəsilmək məcburiyyətində qalmışdı.

Ortopedik cərrah Torvaldur Unqvarsson əməliyyatı həyata keçirib.

Torvaldur Unqvarsson: "Biz əzələlərə sensorlar yerləşdirdik və indi əzələlər siqnalları qəbul edə biləcək. Siqnallar protezlərə ötürüləcək və protezlər beyindən gələn əmrə görə hərəkət edəcək."

İnqvarsson deyir ki, sensorların implantı əvvəllərdə həyata keçirilib. Ancaq ilk dəfədir ki, bədən üzvünü itirmiş bir şəxs protez ayağını heç bir işə diqqətini cəmləşdirmədən hərəkət etdirə biləcək.

Olafsson bildirir ki, məşq etməklə o, protez ayağına yaxşı nəzarətə nail olmağa başlayıb.

Qammi Olafsson: "Gün keçdikcə sən protez ayaqla daha düzgün necə hərəkət etməyi öyrənirsən. Aşağı düşməyi, yuxarı qalxmağı, əyləşməyi və stuldan qalxmağı necə etməyi öyrənirsən."

İslandiyada yaşayan digər ortopedik xəstə eyni nəticəni əldə edib. Avstraliyada üç nəfər protez əllərini eyni texnologiyanın vasitəsilə istifadə etməyə başlayıb.

Tədqiqatçılar deyir ki, bu sahədə atılacaq növbəti addım protez istifadəçilərinə toxunduqları əşyanı hiss etməkdən ibarət olacaq.

XS
SM
MD
LG