Accessibility links

MN: Ermənistana məxsus pilotsuz uçuş aparatı vurulub


Ermənistana məxsus PUA vurulub

Ermənistana məxsus PUA vurulub

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb

“Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycanın hava məkanını pozmağa və hərbi mövqelər üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus pilotsuz uçuş aparatı vurulub.”

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, aparat Əlahiddə Ümumqoşun Ordusu hava hücumundan müdafiə bölmələrinin döyüş növbətçiliyi aparan atəş vasitələri tərəfindən vurulub.

Ermənistan tərəfi MN-nin bu məlumatına hələ münasibət bildirməyib.

Qarabağ cəbhəsində bu ilin aprelin 2-dən 5-dək hərbi toqquşmalar baş verib. Hər iki tərəfdən onlarla hərbçi həlak olub.

Aprelin 5-də tərəflər Moskvada yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətindədir.

XS
SM
MD
LG