Accessibility links

Puerto-Rikoda prezident Obamanın respublikaçı rəqibinin müəyyən edilməsi üçün ilkin seçkilər keçirilir


Bu gün Puerto-Rikoda prezident Obamanın respublikaçı rəqibinin müəyyən edilməsi üçün ilkin seçkilər keçirilir. Bu ərazinin sakinləri ümümmilli seçkilərdə iştirak etmək hüququna malik olmasalar da, respublikiçaı namizədi dəstəkləyəcək 20 nümayəndəni konvensiyaya təqdim edəcək.

Öndə gedən namizəd Mitt Romni və Rik Santorum seçkilərdən əvvəl bu adaya səfər edib.

Santorum Puerto-Rikonun 51-ci ştat statusu alması üçün rəsmi dilinin ingilis olmasını təklif edib. Romni isə stat status üçün dilin dəyişdirilməsinə ehtiyac olmadığını bildirib.

Puerto-Rikoda ingilis və ispan dilləri bərəbərhüquqlu dillərdir.

Respubliakçılar kampaniyalarını İllinois ştatında davam etdirəcək.

XS
SM
MD
LG