Accessibility links

ABŞ yeni 100 dollar əskinazını dövriyyəyə buraxmağa hazırlaşır. Yeni əskinaz ənənəvi ştrixləri saxlamaqla yanaşı, yeni dizaynı ilə saxta pulların çapının qarşısını alacaq.

Hazırkı yaşıl rəngli əskinazın üzərində Amerika inqilabının lideri Bencamin Franklinin şəkli əks olunacaq.

Yeni versiyada şaquli istiqamətdə “100” rəqəmini göstərən təhlükəsizlik lenti və kiçik tünd göy rəngli “Azadlıq zəngi” çap olunacaq.

Franklinin şəklinin yanında içərisində Azadlıq zəngi əks etdirilən rəngli mürəkkəbqabı və lələk əksi yer alacaq. Zəngin rəngi əskinazın tutulduğu stiqamətə görə dəyişəcək.

Hökümət rəsmiləri yeni əskinazın artan saxta pulların qarşısını almaq üçün çap olunduğunu bildirir. Köhnə versiyanın da dövriyyədə qalması nəzərdə tutulur.

100 dollarlıq bill ABŞ-ın qlobal miqyasda ən çox yayılan əskinazıdır. Hazırda ABŞ xaricində 8 milyard 100 dollarlıq əskinaz dövriyyədədir.
XS
SM
MD
LG