Accessibility links

Pussy Riot qrupunun iki üzvü azadlığa buraxılıb


Bu gün Rusiyanın rok qrupu "Pussy Riot" qrupunun ikinci üzvü azadlığa buraxılıb. Bir neçə saat əvvəl qrupun bir üzvü də sərbəst buraxılmışdı.

Sibir şəhəri Krasnoyarskda həbsxanadan buraxılan Nadejda Tolokonnika jurnalistlərə açıqlama verib. "Bu addım mənim üçün böyük bir şe y deyildi. Onsuz da bir neçə aydan sonra azadlığa çıxacaqdım. Ancaq ümid edirəm ki, digər siyasi məhbuslar da azadlığa buraxılacaq" - deyə o bilirib.

Daha əvvəl azad edilən qrupun digər üzvü Mariya Alyoxina Rusiyanın başqa bir regionunda həbsdə saxlanırdı.

Onların həbs müddəti 2014-cü ilin mart ayında bitməli olsa da, Rusiya parlamenti keçən həftə minlərlə məhbusu əhatə edən amnistiya qərarı qəbul edib.
XS
SM
MD
LG