Accessibility links

Pussy Riot-un həbsdə olan üzvlərindən biri azad edilib


.
.
Rusiyanın Apellyasiya Məhkəməsi Moskvadakı kilsədə qeyri-qanuni aksiya keçirən Pussy Riot-un 3 üzvündən birinin azad edilməsi, lakin digər iki nəfərin həbsdə qalması barədə qərar verib.

Moskva məhkəməsinin hakimi Yekaterina Samutseviçin qrupun nümayiş etdirdiyi tamaşadan əvvəl keşikçilər tərəfindən kilsədən çıxarıldığını deyərək, ona şərti cəza verildiyini bildirib. Hakim Mariya Alyoxinaya və Nadejda Tolokonnikovaya iki il müddətində həbs cəzası verildiyini deyib.

Avqust ayında xuliqanlıq ittihamı irəli sürülən qızlar kilsədə nümyiş etdirdikləri tamaşanın dinə qarşı deyil, siyasi xarakter daşıdığını deyiblər.

Qızlar bu ilin yanvar ayında Rusiyanın Pravoslav kilsəsində Müqəddəs Məryamdan onları Rusiya prezidenti Vladimir Putindən qurtarmasını istədikləri vaxt həbs edilmişdilər.
XS
SM
MD
LG