Accessibility links

Pussy Riot-un iki üzvü bir araya gəlib


Rusiyanın etirazçı rok qrupu "Pussy Riot"un iki üzvü həbsdən azad ediləndən sonra bir araya gəlib.

Marita Alyoxina Sibir regionunun Krasnoyarsk şəhərində hava limanında Nadejda Tolokonnikova ilə qucaqlaşıb.

Qadın rok qrupunun üzvləri dini nifrəti qızışdırmaq motivli xuliqanlıqda günahlandırılmışdı. Onlar 2012-ci ildə Rusiyanın ən nüfuzlu Protestant kilsəsində prezident Vladimir Putin əleyhinə mahnı oxumuşdular.

Onların həbs müddəti 2014-cü ilin mart ayında bitməli olsa da, Rusiya parlamenti keçən həftə minlərlə məhbusu əhatə edən amnistiya qərarı qəbul edib.

Hər iki qadın fəal fevral ayında Soçi Qış Olimpiya Oyunları öncəsi məqsədli şəkildə beynəlxalq ictimaiyyətə göstərilmək üçün həbsdən azad edildiklərini bildirib.
XS
SM
MD
LG