Accessibility links

Putinlər boşanır [Video]


Rusiya prezidenti Vladimir Putin və onun həyat yoldaşı Lyudmila 30 illik evlilikdən sonra boşanmalarını elan ediblər.

Putinlər cümə axşamı teatrda baletə tamaşa edəndən sonra bunu Rossiya 24 tele-kanalına müsahibə zamanı deyiblər. Onlar bunun qarşılıqlı qərar əsasında edildiyini bildiriblər.

Lyudmila Putinanın sözlərinə görə, o və prezident bir-birilərini demək olar ki görmür və ictimaiyyət arasında olmağı və təyyarədə səfərlər etməyi xoşlamadığını əlavə edərək hərənin öz həyatı olduğunu deyib. Vladimir Putin öz növbəsində ictimaiyyət arasında çox olduğunu və həyat yoldaşının bundan razı olmadığını deyib.

Putinlər 1983-cü ildə evləniblər, onların iki qızı var.

Rusiya prezidenti və həyat yoldaşının boşanmalarını elan etməsi bir neçə ildir onların ailə problemləri ilə qarşılaşdıqlarına dair şaiyələrin təsdiqi kimi qəbul edilir.

XS
SM
MD
LG