Accessibility links

Vladimir Putin dopinq qalmaqalının araşdırılmasına çağırıb


APTOPIX Russia IAAF Investigation

APTOPIX Russia IAAF Investigation

Rusiya dopinq ittihamlarına görə idman yarışından kənarlaşdırıla bilər

Rusiya prezidenti Vladimir Putin Rusiya idmançılarının mütəmadi olaraq dopinq qəbul etdiyinə dair iddiaların araşdırılmasına çağırır.

Ümumdünya Antidopinq Agentliyi (WADA) Moskvanın dərmanları test edən laboratoriyalarının fəaliyyətini 6 ay müddətinə dayandırdıqdan sonra hadisə ilə bağlı fikir bildirmədən öncə Putin Soçidə yerləşən idman təsisinə baş çəkib.

WADA hesabatı laboratoriyaları nəticələrin təmiz çıxması məqsədilə idmançıların testləri ilə oynamaqda ittiham edir. Hesabatda həmçinin məşqçilər və həkimlər də günahlandırılır.

Beynəlxalq Olimpiya Komitəsi rəhbərlik şurasının amerikalı marafonçusu Alisia Montano kimi bir sıra digər idmançını qoruyacağına ümid edir. Rusiyanın 2012-ci il Olimpiya Oyunlarındakı dopinq qalmaqalına görə Montanonun medal alacağı gözlənilir.

Rusiya dopinq ittihamlarına görə idman yarışından kənarlaşdırıla və bu ölkənin gələn yay Braziliyada keçiriləcək Olimpiya Oyunlarında iştirakına qadağa qoyula bilər.

XS
SM
MD
LG