Accessibility links

Putin Forbes jurnalının ilin ən nüfuzlu adamı siyahısında birinci yeri tutub


Rusiya prezidenti Vladimir Putin Forbs jurnalının tərtib etdiyi ilin ən nüfuzlu adamı siyahısında birinci yerdə göstərilib.

“Putin dünyada öz istədiyini edib və bunun məsuliyyətindən qaça bilmək üçün kifayət qədər gücə malik olduğunu sübut etməyə davam edən çox az adamdan biridir”-deyə Forbes üçüncü ildir jurnalın ilin ən nüfuzlu adamı siyahısında birinci yeri tutan president Putin haqda yazıb.

Almaniyanın kansleri Angela Merkel Forbes jurnalının siyahısında ikinci yerdə, ABŞ prezidenti Barak Obama isə üçüncü yeri tutub. Bu, ilk dəfədir ki, ABŞ prezidenti yeddi ildir tərtib edilən siyahıda birinci iki yerdə göstərilməyib.

Roma Papası Fransis keçən il olduğu kimi ilin ən nüfuzlu adamları siyahısında dördüncü, Çin prezidenti Si Tsintao isə keçən illə müqayisədə iki pillə aşağı enərək, beşinci yerdə göstərilib.

ABŞ president seçki kampaniyasında namizədliklərini irəli sürmüş Hillari Klinton və Donald Tramp da Forbes jurnalının siyahısında göstərilib və müfaviq olaraq 58-ci və 72-ci yerləri tutub.

Siyahıya adı yeni salınan ən yüksək retinqi isə 14-cü yerdə göstərilmiş Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud alıb.

Forbes jurnalı bildirir ki, dünyanın ən nüfuzlu adamları siyahısı tərtib edilərkən “bu adamların nəzarət etdiyi maliyyə resursları, təsir göstərə bildikləri insanların sayı, nüfuz dairəsi və onların öz nüfuzundan nə dərəcədə təsirli şəkildə istifadə etməsi” kimi bir neçə factor əsas götürülür.

XS
SM
MD
LG