Accessibility links

ABŞ rəsmisi Vladimir Putini müttəfiqləri və dostlarının varlanmasına yol verməkdə günahlandırıb


ABŞ-ın Maliyyə Nazirliyinin rəsmisi Rusiya prezidenti Vladimir Putini digərlərinin hesabına müttəfiqləri və dostlarının varlanmasına yol verməkdə günahlandırıb. Adam Szubin deyib ki, Amerika Putinin korrupsiyada illərdir əli olduğundan xəbərdardır.

ABŞ-ın bir neçə digər rəsmisi də özəl forumlarda Putinlə bağlı eyni mövqedən çıxış edib.

BBC-nin Panorama proqramında Szubin deyib ki, Amerika Putinin dövlət mülkiyyəti vasitəsi ilə yaxınlarının zənginləşməsinə yardım etdiyinin şahidi olub. O, Rusiyanın dövlət başçısının ona sədaqət nümayiş etdirəcək şəxslərin dövlət, enerji müqavilələri və ya digər yollarla varlanmasına kömək etdiyini bildirib. Rəsmi Putinin özünə dost görmədiklərinə bu imkanı vermədiyini deyib.

Putinin sözçüsü bu iddiaları əsassız adlandıraraq, ittihamlara cavab verilməsinə dəymədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG