Accessibility links

Rusiya prezidenti 6 günlük Latın Amerikası səfərinə başlayıb. Səfərinin ilk dayanacağı olan Kubada Vladimir Putin Kuba prezidenti Raul Kastro ilə görüşüb.

Ölkələr arasında Kubanın borclarının 90 faizinin bağışlanması da daxil edilməklə, bir sıra sazişlər imzalanıb.

Putin Kuba inqilabının atası Fidel Kastro ilə də bir saatlıq görüş keçirib.

Daha sonra Nikaraquaya gedən Rusiya dövlət başçısı o ölkənin prezidenti Daniel Orteqa ilə müzakirələr keçirib.

Müzakirələrdən sonra Argentinaya yola düşən Rusiya prezidenti o ölkənin dövlət başçısı Kristina Fernandez ilə görüşməlidir.

Vladimir Putin Braziliyada təşkil ediləcək Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrikanın üzv olduğu BRİCS qrupunun sammitinə qatılacaq.

Sabah isə o, Braziliyada Beynəlxaq Futbol Çempionatında prezident Dilma Russefdən Dünya Kubokunun cavabdehliyini təhvil alacaq.

Moskva 2018-ci il Futbol üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

XS
SM
MD
LG