Accessibility links

Separatçılar Slovyanskda Ukraynanın iki vertolyotunu vurub


Bu gün Ukraynanın Rusiya tərəfdarlarının nəzarəti altında olan SLovyansk şəhərində döyüşlərin vüsət aldığı vaxt Ukrayna hərbi qüvvələri separatçılara qarşı hərbi əməliyyatlara başlayıb.

Ukraynanın daxili işlər naziri Arsen Avakovun bildirdiyinə görə, Slovyansk şəhərinə hücum edərkən iki Ukrayna vertolyotu üsyançılar tərəfindən vurulub. Nəticədə iki pilot ölüb.

Ukraynanın cənub Odessa şəhərində qarşıdurmlar nəticəsində 3 adam həlak olub.

Polisin bildirdiyinə görə, qarşıdurmalar rusiyapərəst separatistlər və Ukraynanın birliyini müdafiə edənlər arasında baş verib.

Avakov Facebook səhifəsində üsyançılardan silahı yerə qoymalarını, girovları azad etmələrini, ələ keçirdikləri hökumət binalarını tərk etməyi tələb edib.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Ukrayna bu gün həyata keçirdiyi hücumlarla büdrəməkdə olan sülh razılığına son zərbəsini vurdu.

Cümə axşamı Vladimir Putin Ukraynadan Rusiya ilə sərhəd bölgələrdən qoşunlarını geri çəkməsini tələb edib. Rusiya prezidentinin bu tələbini bu gün Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşəcək Almaniya kansleri Angela Merkellə telefon söhbəti zamanı edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG