Accessibility links

Putinin keçmiş müşaviri Vaşinqton mehmanxanasında ölü tapılıb


Mixail Lesin
Mixail Lesin

Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Vaşinqton mehmanxanasındakı otağında ölü tapılıb.

Rusiyanın Vaşinqtondakı səfirliyi mehmanxanada ölü tapılımş şəxsin 57 yaşlı Mixail Lesin olduğunu təsdiqləyib. O, 1999-2004-cü illərdə Rusiyanın mətbuat naziri, 2004-cü ildən 2009-cu ilə qədər isə Rusiya prezidentinin media məsələləri üzrə müşaviri olub.

Hadisə il bağlı məlumatı verən ilk mənbə olan Russia Today xəbər şirkəti sabiq müşavirin ölümünə ürək çatışmazlığının səbəb olduğunu bildirib. Russia Today (Rusiya bu gün) Rusiya hökuməti tərəfindən dəstəklənən ingilis dilində xəbər xidmətidir.

ABC xəbər agentliyinin verdiyi məlumata görə, Mixail Lesin 2013-cü ildən 2014-cü ilə qədər Rusiyanın ən böyük medi holdinq şirkəti olan Qazprom Media-nın icraçı direktoru olub.

Vaşinqton polisi hadisə ilə bağlı təhqiqat aparıldığını, lakin ölən şəxsin kimliyini təsdiq edə bilmədiyini bildirib.

ABC xəbər agentliyinin məlumatına əsasən, Missisipi ştatından respublikaçı senator Robin Viker çirkli pullarının yuyulması və korrupsiyada şübhələrlə əlaqədar keçən il Lesinlə bağlı təhqiqat işinin başlanmasına çağırıb.

ABŞ-ın baş prokuroruna məktubda senator Viker Lesini Rusiyada hökumət naziri olduğu müddətdə Avropada və Birləşmiş Ştatlarda "bir neçə milyon dollarlıq aktivlər 2 əldə etməkdə ittiham edib.

Senator Viker Los Anceles şəhərində 28 milyon dollarlıq daşınmaz əmlak alqısının da buna aid olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG