Accessibility links

Putin və Nazarbayev Dağlıq Qarabağ problemini müzakirə edib


Vladimir Putin və Nursultan Nazarbayev

Vladimir Putin və Nursultan Nazarbayev

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında hadisələrin inkişafını müzakirə ediblər. Bu barədə Kremlin məlumatında bildirilir.

“Son günlər Azərbaycan və Ermənistan liderləri ilə telefon əlaqələri nəzərə alınmaqla fikir mübadiləsi davam etdirilib. Vladimir Putin Rusiya tərəfinin atdığı vasitəçilik addımları, Rusiya hökumət başçısı, xarici siyasət və hərbi idarələrin rəhbərləri səviyyəsində əlaqələr barədə bilgi verib”, məlumatda deyilir.

Bundan əlavə, söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşıdakı ali və yüksək səviyyələrdə görüşlərin qrafiki müzakirə olunub.

XS
SM
MD
LG