Accessibility links

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə produktiv danışıqlar apardığını bildirib. Lakin tərəflər hələ də Suriyada atəşkəs razılığı əldə etməyə nail olmayıb.

Obama Böyük İyirmiliyin Çin sammitində müxbirlərin suallarını cavablandırıb. ABŞ dövlət başçısı dövlət katibi Con Kerrinin gələn bir neçə gün ərzində Rusiya ilə müzakirələri davam etdirəcəyini söyləyib.

ABŞ və Rusiya Suriyada dünən də atəşkəs razılığını yekunlaşdırmağa çalışıb.

Çində Böyük 20-liyin sammiti çərçivəsində dünya liderləri Suriyaya əlavə humanitar yardım çatdırılması yollarını müzakirə edib.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov da razılığın əldə edilməsiniə yaxınlaşıldığını qeyd edərək, gərgin iş aparıldığını vurğulayıb.

Suriyanın vətəndaş müharibəsi nəticəsində 250 mindən artıq insan həlak olub. 11 milyon suriyalı Yaxın Şərq və Avropa ölkələrində sığınacaq əldə edib.

Müharibə İslam Dövləti kimi qruplaşmanın fəaliyyətinə vüsət verib.

XS
SM
MD
LG