Accessibility links

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynada böhranın həlli ilə əlaqədar təklifini müzakirə etmək üçün prezident Barak Obamaya zəng edib.

Ağ Evin bildirdiyinə görə, cənab Obama cənab Putinə Dövlət katibi Con Kerrinin Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova bu həftə təqdim etdiyi diplomatik təklifə yazılı cavab verməsini tövsiyə edib.

Ağ Evin açıqladığı bəyanatda Con Kerrinin Sergey Lavrova təqdim etdiyi təkliflərin detalları ilə bağlı məlumat verilməyib. Birləşmiş Ştatlar öz silahlı qüvvələrini Krımdakı bazalarına çəkməsi və beynəlxalq müşahidəçilərin rus azlığın təhlükəsizliyinin təmin edildiyinə əmin olmaq məqsədilə Krıma səfər etməsinə icazə verməsi üçün Rusiyaya təzyiq göstərir.

Prezident Obama Ukrayna hökumətinin böhranlı vəziyyətdə təmkin göstərdiyi və gərginliyin artmasına yol vermədiyini deyib və Rusiyanı bu prosesi dəstəkləyib, gələcək təhrikçi addımlara yol veməməyə çağırıb.

Sergey Lavrov və Con Kerrinin təklifləri müzakirə etmək üçün yaxın günlərdə yenidən görüşəcəyi gözlənilir.
XS
SM
MD
LG