Accessibility links

Putin İslam Kərimovun varisini sərt siyasi kursu davam etdirməyə çağırıb


Rusiya prezidenti Vladimir Putin və Özbəkistanın Baş naziri Şovkat Mirziyoyev
Rusiya prezidenti Vladimir Putin və Özbəkistanın Baş naziri Şovkat Mirziyoyev

Rusiya prezidenti Vladimir Putinin Özbəkistanın mərhum prezidenti İslam Kərimovun varisi olacaq şəxsi onun siyasətini davam etdirməyə çağırması Rusiya liderinin ölkədə avtoritar idarəçiliyin və müxalifətə təzyiqlərin davam etdirilməsinə təşviq kimi qiymətləndirilir.

Özbəkistanı 25 ildən çox idarə etmiş İslam Kərimov sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. O özünü Mərkəzi Asiyada islam ekstremizminin yayılmasının qarşısını ala biləcək bir lider kimi təsvir edirdi.

“Təbii ki, biz İslam Abduqaniyeviç Kərimovun başladığı hər şeyin davam etdiriləcəyinə ümid edirik.”-Vladimir Putin

İnsan hüquqları müdafiəçilərinin ciddi tənqiləri və Qərb ölkələrinin hökumətlərinin müxalif fikrə qarşı güc taktikası ilə bağlı narahatlıqlarına baxmayaraq, kəskin anti-islamçı siyasi kurs onun Rusiya və ABŞ arasında müvəffəq şəkildə balans yarada bilməsinə imkan vermişdi.

“Təbii ki, biz İslam Abduqaniyeviç Kərimovun başladığı hər şeyin davam etdiriləcəyinə ümid edirik”-deyə Rusiya prezident Vladimir Putin Özbəkistanın Baş naziri Şovkat Mirziyoyevlə görüşdə bildirib.

“Biz öz tərəfimizdən, qarşılıqlı inkişafın və Özbəkistan xalqı və rəhbərliyinin dəstəyi üçün hər bir şeyi edəcəyik. Siz bizə ən etibarlı dost kimi arxalana bilərsiniz”-deyə Rusiya lideri sözünə davam edib.

“Biz öz tərəfimizdən, qarşılıqlı inkişafın və Özbəkistan xalqı və rəhbərliyinin dəstəyi üçün hər bir şeyi edəcəyik. Siz bizə ən etibarlı dost kimi arxalana bilərsiniz.”-Vladimir Putin

Kremlin açıqladığı bəyanatda Putinin Kərimovun dəfn edildiyi Səmərqənddə Mirziyoyevlə onun qəbrinin üzərinə əklil qoyduğu bildirilib.

Rusiya lideri Özbəkistana Çində Böyük İyirmilərin sammitində iştirak etdikdən sonra gəlib.

Baş nazir Dmitri Medvedev İslam Kərimovun dəfn mərasimində Rusiyanı təmsil edib.

XS
SM
MD
LG