Accessibility links

Senat dinləməsində Rusiyanın ABŞ seçkilərinə müdaxilə taktikaları ifşa olundu


Xarici Siyasət Araşdırma İnstitutundan Klint Uatts Senat dinləməsində ifadə verir. Vaşinqton. 30 mart, 2017.
Xarici Siyasət Araşdırma İnstitutundan Klint Uatts Senat dinləməsində ifadə verir. Vaşinqton. 30 mart, 2017.

ABŞ Senat Kəşfiyyat Komitəsi cümə axşamı dinləmələrində diqqətini Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsinə yönəldib. Dinləmələrin məqsədi Rusiya hökumət orqanları ilə Prezident Donald Trampın seçki kampaniyası üzvləri arasında mümkün təmaslarını araşdırmaqdır.

Giriş nitqində Senator Mark Uorner Rusiyanın məqsədyönlü şəkildə ABŞ media orqanlarını etibardan salmaq istiqamətində səyləri haqda danışıb.

Vladimir Putin bizim seçkilərimizi pozmaq üçün məqsədyönlü kampaniya aparılmasına göstəriş verib.
Senator Mark Uorner (D)

Uorner bildirib ki, Rusiya dövlət propaqandasının təmsilçisi olan Russia Today (RT) agentliyi Demokrat namizəd Hillari Klintona qarşı mənfi xəbərlər yaymaqla məşğul olub.

Kreml propaqandasının intensiv şəkildə aparıldığını vurğulayan Senator deyib ki, “Rusiya prezidenti Vladimir Putin bizim seçkilərimizi pozmaq üçün məqsədyönlü kampaniya aparılmasına göstəriş verib.”

Bir qədər öncə müxbirlərlə danışan Virciniyalı Senator Rusiyanın seçki mövsümündə 1000-dən çox muzdlu internet trollarından istifadə etdiyini deyib.

Xarici Siyasət Araşdırma İnstitutunun aparıcı eksperti Klint Uatts komitə qarşısında bildirib ki, Rusiya sosial mediada ABŞ siyasi fiqurlarını hədəf almaq üçün xüsusi “söyüşçü”-lərdən istifadə edib.

RT loqosu ilə tanınan "Russia Today" Kremlin siyasi xəttini əks etdirən xəbərlər yayır.
RT loqosu ilə tanınan "Russia Today" Kremlin siyasi xəttini əks etdirən xəbərlər yayır.

Bu növ xəbərlər ilk öncə Russia TodaySputnik kimi “ağ” vebsaytlarda dərc olunmuş, daha sonra isə trolların əməyi sayəsində sensasiyalaşdırılmış və saxta məlumatla qarışdırılaraq “boz” səhifələrdə yayılmışdır.

Koimitənin Respublikaçı sədri araşdırmanın ətraflı və obyektiv olacağına söz verib.

“Araşdırmanın istiqaməti kəşfiyyat tapıntılarının yönəltdiyi ünvana istiqamət alacaq,” Senator Riçard Burr mətbuat konfransında bəyan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG