Accessibility links

Putin: "Rusiya ABŞ seçki sisteminə müdaxilə etməyib"


Russia Putin

Russia Putin

Rusiya prezidenti Vladimir Putin Bloomberqə verdiyi müsahibədə ABŞ Demokrat Milli Komitəsinin (DNC) hesablarına kiber hücumla Rusiyanın heç bir əlaqəsinin olmadığını bildirib.

Bu ilin əvvəli DNC-nin minlərlə email və sənədləri hak olunmuş və DNC-nin Hillari Klintonun partiyadan namizəd olması üçün rəqibi Berni Sanderslə müqayisədə daha çox yardım göstərdiyi ortaya çıxmışdı. Hər iki iddialı həmin zaman partiyanın vahid namizədliyi uğrunda mübarizə aparırdı.

"Baxın, məlumatları kimin ələ keçirdiyinin nə önəmi var? Vacib olan ictimaiyyətə verilən məlumatdır" - deyə Vladimir Putin bildirib. O, Bloomberg-ə müsahibəni Sakit Okean sahilindəki Vladivostok liman şəhərində verib.

Məlumatların ictimailəşməsi ilə DNC sədri və ABŞ qanunvericisi Debbi Vasserman Şultz DNC-dəki səlahiyyətlərindən istefa vermişdi.

"Mən bu barədə heç nə bilmirəm və dövlət səviyyəsində Rusiya heç zaman belə bir iş görməyib" - deyə Putin bildirib.

Putin həmçinin ABŞ prezident seçkilərinin nəticələrinə təsir etmək üçün Rusiyanın belə bir addım atması iddialarını da rədd edib.

Müsahibə Putin və eləcə də ABŞ prezidenti Baral Obamanın qatılacağı İyirmiliyin Çin sammitindən iki gün öncə baş tutub.

XS
SM
MD
LG