Accessibility links

Vladimir Putin: Beynəlxalq sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı hələ də güclüdür


Rusiya prezidenti Vladimir Putin İranın nüvə proqramı ilə bağlı razılıq əldə etmək istəyinin Tehrana S-300 müdafiə sistemi satışı ilə əlaqəsi olmadığını deyib.

İllik “Birbaşa xətt” sual-cavab sessiyası zamanı Putin beynəlxalq sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatının hələ də güclü olduğunu bildirib.

Valdimir Putin sanksiyaların siyasi motivlərə əsaslandığını və bunun Rusiyanı cilovlamaq mahiyyəti daşıdığını deyib.

O, rublyun devalvasiyası və neftin dəyərinin düşməsinə baxmayaraq, Rusiya iqtisadiyyatının gələn iki il ərzində tam normallaşacağını bildirib.

Rusiyanın dövlət başçısı Qərbin Kiyevə təsirinin Rusiyanı Krımın ilhaqına vadar etdiyini deyib.

Prezidentə 3 milyondan çox sual və müraciət daxil olub.

Ənənəvi «Birbaşa xətt»lər hələ Putin-in birinci prezidentliyi dövründə yaranıb. İlk tele-ünsiyyət 2001-ci il dekabrın 24-də keçirilib. Ən uzun «Birbaşa xətt» 2003-cü ildəki olub – 4 saat 47 dəqiqə çəkib.

XS
SM
MD
LG