Accessibility links

Vladimir Putin üçüncü dönəm prezidentliyinə başlayandan bəri daxildə etrazlarla, xaricdə isə tənqidlərlə üzləşir

Almaniya qanunvericiləri gələn həftə Moskvada prezident Vladimir Putinlə görüşəcək kansler Angela Merkeli Rusiyada daha geniş demokratik azadlıqlara nail olmaq üçün fəaliyyət göstərməyə çağırıb.

Almaniya parlamentinin aşağı palatası olan Bundestaq cümə günü cənab Putinin hökumətin tənqidçilərinə qarşı sərt kursuna dair qətnamə layihəsi təqdim edəcək.

Rusiya prezidenti Vladimir Putin üçüncü dönəm prezidentliyinə başlayandan bəri daxildə etrazlarla, xaricdə isə tənqidlərlə üzləşir. İnsan haqları qrupları Putin adminstrasiyasını azadlıq və fərqli düşüncəni boğmaqda ittiham edir.

Bu yaxınlarda Rusiyada dövlətə xəyanət və böhtanla bağlı qəbul edilən yeni qanunun xarici təşkilatlarla əlaqələrin məhdudlaşmasına səbəb olacağı ilə bağlı narahatlıqlar mövcuddur.

Cənab Putin öz növbəsində Birləşmiş Ştatların baş katibi Hillari Klinton da daxil edilməklə, onu tənqid edənləri qınayaraq, onları Rusiyanın daxili işlərinə müdaxilə etməkdə və Rusiyada hökumət əleyhinə əhvali-ruhiyyəni qızışdırmaqda ittiham edib.
XS
SM
MD
LG