Accessibility links

Vladimir Putin : Amerika öz yurisdiksiyasını digər ölkələrə yaymağa çalışır


Rusiya prezidenti Vladimir Putin bu gün FİFA rəsmilərini korrupsiyada ittiham edən Birləşmiş Ştatları tənqid edərək deyib ki, Amerika öz yurisdiksiyasını digər ölkələrə də yaymağa çalışır.

Televiziya ilə çıxışı zamanı cənab Putin Birləşmiş Ştatların FİFA prezidenti Sepp Blatterin bu vəzifəyə yenidən seçilməsinin qarşısını almağa çalışdığını deyib. Cümə günü keçiriləcək səsvermədə cəmi bir opponenti olan cənab Blatter beşinci dönəm prezident seçilə bilər.

FİFA növbəti Dünya Futbol Çempionatını 2018-ci ildə Rusiyada keçirəcək.

Vladimir Putin şərhlərini Rusiya Xarici İşlər Nazirliyinin "Amerika öz qanunlarından ölkəsindən kənarda istifadə edə bilməz" mesajından bir gün sonra edib.

ABŞ Rusiya prezidentinin dediklərinə hələlik heç bir reaksiya verməyib.

XS
SM
MD
LG