Accessibility links

7 May - Vladimir Putinin prezidentliyə qayıdışının ildönümü [Video]


Putinin prezidentliyə qayıdışının ildönümü
please wait

No media source currently available

0:00 0:03:46 0:00
Dörd il baş nazir vəzifəsində çalışan Vladimir Putin bir il bundan əvvəl, mayın 7-də növbəti dönəm president qismində Kremlə qayıtdı. Onun ali vəzifəyə dönüşü etirazlarla qarşılandı. Vladimir Putinin 6 illik prezidentliyinin inaqurasiyasında Moskva polisi etiraz aksiyalarını yatırmağa çalışırdı.

Təhlilçilərin dediyinə görə, cənab Putinin prezidentliyinin birinci ilində müxalifət təqiblərə məruz qaldı. Küçələrdə keşik çəkən kazaklar isə bu basıqların simvoluna çevrildi.

Beynəlxalq əlaqələr üzrə professor Dmitri Suslov belə simvolların arxasında real siyasi azadlıqların boğulduğunu deyir. “Taktika bundan ibarətdir - müxalifəti məhv etmək, həbslər və məhduduyyətlərdən istifadə etməklə, əleyhdarları mühacirətə yönəltmək.”

Kreml əvvəlcə Moskva kilsəsində etiraz edən pank-qrup Pussy-Riotdan başladı. Qrupun 3 qadın üzvü keçən ilin avqust ayında 2 il müddətinə həbs cəzasına məhkum edildi. İndi isə növbə Aleksey Navalninindir. Navalni Rusiyanın tanınmış müxalifət lideridir. Onun məhkəməsi paytaxtdan, lideri olduğu müxalifətdən min kilometrlərlə uzaqda keçirilir.

Müxalif siyasətçi Vladimir Rıjkov president Putinin Kremlə dönməsindən sonra həbslərin vüsət aldığını deyir. “Putin və onun parlamenti nümayişlər, söz azadlığı, hökumət və kilsənin tənqidinə qadağa qoyan bir sıra qanunlar qəbul edib”.

Etiraz aksiyaları azalıb. İndi hökumətin göndərdiyi müfəttişlər yüzlərlə qeyri-hökumət təşkilatlarını gəzərək, onların xaric üçün işlədiyini müəyyən etməyə çalışırlar. Müfəttişlər insan haqları qrupu “Memorial”-dan 9 min səhifəlik sənəd tələb edib. “Memorial” qrupunun rəhbəri Aleksandr Çerkasov: “Onlar cəmiyyətə və dövlətə təsir göstərən hər hansı bir əməli siyasi əməl kimi qiymətləndirirlər. Bütün bu işlər xarici agentlərlə bağlı qanunu Rusiyadakı təşkilatara şamil etmək məqsədi daşıyır.”

Lakin “Molodaya Qvardiya”-nın lideri Yekaterina Stenyakina kimi Putin tərəfdarları Rusiya müxalifətinin azad olduğunu deyir. “Sizcə bu qanunlar insanların aktivliyinə məhdudiyyət deməkdirmi? Mən belə düşünmürəm, siz partiya yaratmaq istəyirsiniz, buyurun yaradın, siz ictimai tribuna istəyirsiniz, buyurun. Yəni hər yerdə yollar açıqdır.”

Bəzi müxalifət liderləri 2 ildən sonra keçiriləcək yerli seçkilərə etiraz olaraq sentyabr ayından başlayaraq küçələrdə mitinqlər keçirməyi planlaşdırırlar.
Vladimir Milov “Demokratik Seçim” adlı yeni müxalifət partiyasına rəhbərlik edir.
“Əgər partiyalar, meriyaya namizədlər seçicilərin dəstəyini qazana bilsə, onda rəsmilər hətta 10-15 faiz saxtakarlıqla belə, heç nəyə nail ola bilməyəcəklər.”

Prezident Putin hökumətini qarşıda böyük sınaqlar gözləyir. Rusiyanın enerji ixracı eniş xətti üzrə gedir və bu il iqtisadi artım sıfır ola bilər. Bu rəqəm isə bir il bundan əvvəl Putin hakimiyyətə qayıdanda özü üçün müəyyən etdiyi beş faizlik hədəfdən xeyli aşağıdır.
XS
SM
MD
LG