Accessibility links

Bu gün Dehlidə Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Manmohan Sinq görüş keçirib. Görüş zamanı müdafiə və ticarət əlaqələrinin dərinləşdirilməsi müzakirə edilib.

Tərəflər milyardlarla dollarlıq müdafiə sazişi imzalayıb. Razılığa əsasən Hindistan Rusiyadan 1.3 milyarda dollarlıq 71 döyüş vertolyotu və Suxoy-42 hərbi təyyarələrinin istehsalı üçün 1.6 milyard dollarlıq qurğular alacaq.

Liderlərin görüşü Heydərabad sarayında keçirilməli idi. Lakin minlərlə nümayişçinin saray qarşısında təşkil etdiyi aksiya səbəbi ilə görüşün yeri dəyişdirilmiş və baş nazirin iqamətgahında keçirilmişdi. Nümayişçilər ötən həftə 23 yaşlı qızın zorlanması ilə bağlı ölçülər götürülməsini tələb edib.

Hindistanın silah bazarında bir zamanlar virtual inhisara malik olan Rusiya Qərbin silah istehsalçıları ilə çoxmilyardlı müqavilələri itirib.
XS
SM
MD
LG