Accessibility links

Putin: Snouden Rusiyanı ilk imkan yaranan kimi tərk edəcək



Rusiya prezidenti Vladimir Putin deyib ki, ABŞ kəşfiyyatının izləmə proqramı haqda məlumatı ictimiayyətə açıqlayan və axtarışda olan Edvard Snouden imkan yanaran kimi Rusiyanı tərk edəcək.

Cənab Putin bildirib ki, Birləşmiş Ştatların Snoudenin pasportunu ləğv etməsi onun Rusiya ərazisində ilişib qalmasına gətirib çıxarıb. Onun sözlərinə görə, Snouden Rusiyaya dəvətsiz gəlib və onun son dayanacağı Rusiya deyildi.

Boliviya, Nikaraqua və Venesuela Edvard Snoudenə siyasi sığınacaq verməyə razı olub, lakin üç uçuş üçün sənədləri olmadığına görə o, üç həftədir Moskvanın Şeremetyevo hava limanının tranzit zonasında qalıb.

ABŞ Snoudeni Milli Təhlükəsizlik agentiyinin izləmə proqramları haqda məxfi məlumatları ictimaiyyətə açıqlamaqda ittiham edərək, onun məhkəmə qarşısına çıxmaq üçün ölkəyə qayıtmasını istəyir.

Keçən həftənin cümə günü Edvard Snouden insan hüquqları müdafiəçiləri ilə görüşərək, Latın Amerikası ölkələrinə getməzdən əvvəl Rusiyada müvəqqəti siyasi sığınacaq istədiyini deyib.

Rusiya rəsmiləri onun siyasi sığınacaqla bağlı mürcaiət etmədiyini bildirib.
XS
SM
MD
LG