Accessibility links

Putin Snoudenə görə Rusiya ilə ABŞ arasında münasibətlərin korlanmasını istəmədiyini deyib


Rusiya prezidenti Vladimir Putin deyib ki, Moskvanın Vaşinqtonla münasibətləri ABŞ-ın sabiq kəşfiyyat agenti Edvard Snoudenlə bağlı yaranan mübahisədən daha mühümdür.

Cənab Putinin şərhləri Snoudenin Rusiyaya müvəqqəti sığınacaq üçün müraciətindən bir gün sonraya təsadüf edib. Milli Təhlükəsizlik Agentliyinin sabiq kontraktoru iyun ayının 23-dən bəri Moskva hava limanında, transit zonadadır.

Cənab Putin Rusiyanın Snoudenə müvəqqəti sığınacaq verib-verməyəcəyi barədə bir söz deməyib.

Birləşmiş Ştatlar ölkədaxili və beynəlxalq kəşfiyyat əməliyyatlar barədə məxfi məlumatları açıqladığına görə ittihamlarla üzləşməsi üçün Rusiyanın onu geriyə, Amerikaya göndərməsini istəyir.

Snouden özü Latın Amerikasına getmək istəyir. Venesuela, Boliviya və Nikaraqua ölkələri artıq ona sığınacaq təklif edib. Lakin ABŞ onun pasportunu ləğv etdiyinə görə Snouden Moskvanı tərk edə bilmir.
XS
SM
MD
LG